Katz: "HƏMAS-a aid tunellər məhv ediləcək"

Katz: "HƏMAS-a aid tunellər məhv ediləcək"
12.10.2025 13:21 Dünya

"İsrailin əsas vəzifəsi HƏMAS tərəfindən Qəzzada girov saxlanılan şəxslərin geri qaytarılmasından sonra anklavdakı tunellərinin məhv edilməsi olacaq".

TodayPress TV xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Kats "X" sosial şəbəkə hesabında yazıb.

"İsrailin girovların geri qaytarılmasından sonrakı əsas vəzifəsi Qəzza sektorundakı HƏMAS-ın bütün tunellərinin məhv edilməsi olacaq - həm İsrail Müdafiə Ordusunun birbaşa qüvvələri ilə, həm də ABŞ-nin rəhbərliyi və nəzarəti altında yaradılacaq beynəlxalq mexanizm vasitəsilə", – paylaşımda qeyd olunub.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər