Kadırov və Dmitriyev BƏƏ görüşündə iştirak ediblər

Kadırov və Dmitriyev BƏƏ görüşündə iştirak ediblər
07.08.2025 16:34 Dünya

Çeçenistanın rəhbəri Ramzan Kadırov və Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Rusiya Prezidenti Vladimir Putinlə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayid Əl Nəhyan arasında keçirilən görüşdə iştirak ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

Kreml görüşdə Ramzan Kadırovun oğlu, Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan Aadam Kadırovun da iştirak etdiyini bildirib.

Qeyd edək ki, daha əvvəl Kremlin yaydığı videoda prezident Putin və Aadam Kadırovun Böyük Kreml Sarayının Georgi zalında BƏƏ lideri ilə keçirilən rəsmi görüş zamanı eyni məkanda olduqları göstərilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər