İtaliyanın baş naziri kim olacaq? - Meloni erkən seçkiyə gedir

İtaliyanın baş naziri kim olacaq? - Meloni erkən seçkiyə gedir
23.06.2026 17:13 Dünya

İtaliya Baş naziri Corciya Meloni 2027-ci ildə qanuni müddətdən bir neçə ay əvvəl – apreldə parlament seçkiləri keçirməyi düşünür.

TodayPress TV xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, Meloni reytinqinin aşağı düşməsindən qorxur, həmçinin hesab edir ki, 2027-ci ilin sonunda keçiriləcək seçkilər növbəti hökumətə büdcəni qəbul etmək üçün çox az vaxt qoyacaq.

“Bloomberg” qeyd edib ki, Baş nazir artıq bu variantı parlamenti buraxmaq və seçkilərin təyin edilməsindən məsul olan Prezident Sercio Mattarella ilə müzakirə edib.

Jalə Rövşən  

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər