İtaliyada Qərbi Nil virusuna yoluxma halları kəskin artdı

İtaliyada Qərbi Nil virusuna yoluxma halları kəskin artdı
24.07.2025 16:54 Dünya

İtaliyada Qərbi Nil virusuna (BNV) yoluxanların sayı kəskin artıb.

TodayPress TV xəbər verir ki, bu barədə "ANSA" agentliyi İtaliya Sağlamlıq İnstitutuna istinad məlumat yayıb.

Bildirilib ki, bu il ölkədə BNV diaqnozu qoyulmuş xəstə sayı ilkin olaraq 10 nəfər olsa da, iyulun 20-də yoluxma hallarının sayı 20-yə yüksəlib.

Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə İtaliyada ümumilikdə 460 BNV yoluxması və 20 ölüm halı qeydə alınıb.

Xüsusilə Kampaniya bölgəsində aşkar olunan 8 yeni BNV yoluxmasından 4-nün xəstəxanada müalicə olunduğu, Lazio bölgəsində isə daha 2 yeni yoluxmanın qeydə alındığı və beləliklə cəmi yoluxma hallarının bir həftə ərzində iki dəfə artdığı bildirilib.

Kampaniya Regional İdarəsinin rəhbəri Vinçenzo De Luka mətbuata açıqlamasında, yoluxma hallarının artmasına baxmayaraq bölgədə vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.

Yoluxmaların artması səbəbilə Kampaniya bölgəsinin Kazerta şəhəri yaxınlığında yerləşən Sessa Aurunca qəsəbəsində təcili dezinfeksiya işlərinə başlanılıb.

Qeyd edək ki, əsasən Culex cinsinə aid ağcaqanadların sancması ilə yayılan Qərbi Nil virusuna qarşı hələ ki, heç bir peyvənd mövcud deyil. Bu səbəbdən mütəxəssislər ağcaqanad sancmasından qorunmağı tövsiyə edirlər.

BNV yoluxmaları əsasən Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.

Töhfə Səməd

XƏBƏR LENTİ
03 IYUN 2026
Socar BP-dən daha böyük oldu 10:47 Naxçıvana hücum edildi - Dünyanın ən böyük dövləti məğlub oldu - Yazılar ortaya çıxdı 10:45 Rubio hədəf göstərdi: Ermənistan qarışacaq! 10:38 Donetskdə sərnişin avtobusu belə VURULDU - ANBAAN VİDEO 10:37 Millimiz Avropa çempionatında finalın astanasında 10:30 Bu zolaqdan keçən hər gəmiyə Amerika bombası düşür - Qəribə zona 10:21 İsraili indi ancaq Tanrı xilas edə bilər və ya Cənubi Livanı işğalı 10:15 Millimizin Dünya Kubokundakı taleyini müəyyənləşdirəcək gün 10:11 Rusiya tüstülənir - Dünyanın ən böyük ölkəsi bombalar altında 10:09 Enrikenin PSJ-dən ayrılığı üçün tək bir şərt var 09:57 Azərbaycan nefti enişə keçdi? - Bu günə olan QİYMƏTLƏR 09:55 “Real” müdafiəni gücləndirdi: Dumfris gəlir 09:50 SON DƏQİQƏ! Sərnişin avtobusuna PUA hücumu - 7 ölü 09:43 Madrid nəhəngi seçki qalmaqalına cavab verdi 09:35 Neft bazarında kəskin bahalaşma - Neçəyə təklif olunur? 09:26 Sizi and verirəm Allaha, şəhidlərdən əl çəkin 09:15 Payıza qədər: Zelenski və Putin yeni müharibə planı hazırladı - Böyük qarşıdurma indi başlayır 08:59 Avropada gözlənilməz proses başladı: Rumıniya Moldova birləşir 08:51 Seçkidən 5 gün əvvəl Nikol Ərdoğana zəng etdi: Bayramınız mübarək, cənab prezident! 08:46 Rusiya yüz minlik erməni ordusunu İrəvana soxmağa hazırlaşır - Seçkinin ilginc ssenarisi 08:38 Stavropolda "böyük Ermənistan" qurdular - REPLİKA 08:29 Kanalizasiya lyukları öldürür - Özünüzü qoruyun - VİDEO 08:21 Gecə döyüşləri davam edib: İranla ABŞ arasında mini müharibə başladı/VİDEO 08:08 Ukrayna Rusiyanı qəlbindən vurdu - İlk dəfə Peterburqda alovlar yüksəldi/VİDEO 08:01 Almaniyada ilk robotaksilər işə salınacaq 00:03 Bütün Xəbərlər