İtaliya Olimpiya Oyunları zamanı qlobal atəşkəs çağırışı edəcək

İtaliya Olimpiya Oyunları zamanı qlobal atəşkəs çağırışı edəcək
07.10.2025 15:34 Dünya

İtaliyanın xarici işlər naziri Antonio Tacani bildirib ki, Roma 2026-cı il Qış Olimpiya Oyunları zamanı bütün münaqişələri müvəqqəti atəşkəsə çağıracaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Ansa" məlumat yayıb.

Bildirilir ki, “Olimpiya barışığı” təşəbbüsü BMT-yə təqdim olunacaq. Tacani vurğulayıb ki, İtaliya getdikcə daha çox sülh və inkişafın mərkəzinə çevrilir.

Qeyd edək ki, 2026-cı il Qış Olimpiya Oyunları fevralın 6-dan 22-dək Milan və Kortina d'Ampezzoda keçiriləcək. Atəşkəs təşəbbüsü qədim yunan ənənəsinə əsaslanır və müasir dövrdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dəstəklənir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər