İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti tapıldı

Dünya

05.05.2026 20:00

İstanbulda Kadıköydən Beşiktaşa hərəkət edən sərnişin bərəsinə mindikdən sonra itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə mayın 2-də baş verib. Bir neçə gün davam edən axtarış tədbirlərindən sonra onun meyiti Haydarpaşa yaxınlığında dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Təhlükəsizlik kameralarının qeydlərini araşdıran qurumlar onun Kadıköydəki turniketdən keçərək gəmiyə mindiyini, lakin Beşiktaşda sahilə çıxan sərnişinlərin arasında olmadığını müəyyənləşdirib. Məlumat daxil olduqdan dərhal sonra dənizdə axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Həmin görüntülər itkin düşən qadının qızı Nigar Yusifliyə də təqdim olunub. N.Yusifli kadrlardakı şəxsin anası olduğunu təsdiqləyib. Faktla bağlı araşdırmalara başlanılıb.

TodayPress TV

tag: Türkiyə,Azərbaycan,İstanbul,Sosial,Todaypress.tv,