İsrail Tehranın şərqində hədəflərə zərbələr endirdi

Dünya

20.03.2026 15:41

İsrail ordusu Tehranın şərqində yerləşən hökumət hədəflərinə bir sıra zərbələr endirib.

TodayPress TV xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.

Məlumata görə, hücumların əsas hədəfi Tehranın Nur bölgəsində yerləşən İran rejiminə aid obyektlər olub.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu İranın neft və qaz obyektlərinə zərbə endirməkdən çəkindirdiyini açıqlayıb. Tramp vurğulayıb ki, ABŞ və İsrail müstəqil hərəkət etsələr də, addımlarını koordinasiya edirlər və Netanyahunun belə hücumları təkrarlamayacağına əminlik ifadə edib.

Məlumata görə, Ağ Ev İrana qarşı hərbi əməliyyatların genişləndirilməsi ehtimalını da nəzərdən keçirir. Müzakirə olunan ssenarilər arasında Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsi və əsas neft infrastrukturu obyektlərinin qorunması da yer alır.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,Tehran,İran,Zərbə,Todaypress.tv,