İsrail Ordusu Suriyanın cənubunda irəliləyir

İsrail Ordusu Suriyanın cənubunda irəliləyir
21.06.2026 11:40 Dünya

İsrail qüvvələri Suriyanın Dera vilayəti yaxınlığında irəliləyib, hərbçilər qərbdə yerləşən Yərmuk hövzəsi ərazisinə daxil olaraq bir sıra fərdi yaşayış evlərində axtarış aparıblar.

TodayPress TV xəbər verir ki, bu barədə “Al Jazeera“ məlumat yayıb.

Xatırladılır ki, İsrail 2024-cü ildə Colan yüksəkliklərində yeni ərazilərə nəzarəti ələ keçirib. Bu hadisə həmin ilin dekabr ayında müxalif qüvvələrin sürətli irəliləyişi nəticəsində Bəşər Əsəd hökumətinin devrilməsindən sonra baş verib.

“Al Jazeera“ telekanalının bu yaxınlarda dərc etdiyi araşdırmada qeyd olunur ki, İsrail qüvvələri Suriyanın cənubunda rəsmi İsrail xəritələrində göstərilməyən faktiki hərbi mövcudluq formalaşdırıb.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər