İsrail HƏMAS-ın komandirinin öldüyünü təsdiqlədi
Dünya
14.12.2025 16:00
İsrail Müdafiə Qüvvələri (İMQ) və Şin Bet Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli komandiri Raed Saadın öldürüldüyünü təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Aljazeera" məlumat yayıb.
Məlumata görə, Raed Saad qrupun hərbi imkanlarının bərpasından məsul olan və HƏMAS-ın hərbi iyerarxiyasında ikinci şəxs hesab edilən komandir idi.
Hərbçilər qeyd ediblər ki, son aylarda Saad HƏMAS-ın hərbi qanadında aparıcı fiqurlardan biri olub və atəşkəs rejiminin pozulmasına birbaşa məsuliyyət daşıyıb.
Qeyd edək ki, İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs razılaşması oktyabrın 10-da qüvvəyə minib. Bu razılaşma çərçivəsində HƏMAS 7 oktyabr 2023-cü ildən bəri Qəzzada saxlanılan 20 girovu azad edib, İsrail isə təxminən 2000 fələstinli məhbusu sərbəst buraxıb.
Türkan İsgəndərli
tag: İsrail,HƏMAS,Komandir,İMQ,Todaypress.tv,
