İspaniyadan Trampa cavab: Heç kimin nökəri deyilik
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ABŞ Prezidenti Donald Trampın son bəyanatlarına sərt reaksiya verib.
TodayPress TV xəbər verir ki, nazirin sözlərini "El Mundo" qəzeti yayıb.
"İspaniya heç kimin nökəri deyil. Heç kimin bizə dərs keçməyə haqqı yoxdur. Ölkəmiz suverendir və öz prioritetlərini müəyyən etməkdə tam azaddır", – deyə Albares bildirib.
Nazir bu açıqlamanı Trampın İspaniya ilə ticarətin dayandırılması və iki ölkə arasında rəsmi səfərlərin məhdudlaşdırılması ilə bağlı çağırışlarını şərh edərkən səsləndirib.
Qiymət Mahir