Hakan Fidandan İsraillə bağlı açıqlama: "Hərbi münaqişə üçün əsas yoxdur"

Hakan Fidandan İsraillə bağlı açıqlama: "Hərbi münaqişə üçün əsas yoxdur"
10.07.2026 15:36 Dünya

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi ilə İsrail arasında açıq hərbi münaqişə ehtimalını istisna edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "The National" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə ilə İsrail arasında açıq hərbi qarşıdurma üçün heç bir əsas yoxdur.

Nazir əlavə edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir və mümkün təxribatlara yol verməyəcək.

Fidan eyni zamanda İsrailin Baş naziri Benyamin Netanyahunun siyasətini tənqid edərək bildirib ki, onun hökumətinin addımları həm İsrail, həm də region üçün yükə çevrilib və beynəlxalq təhlükəsizliyə təhdid yaradır.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlər 2023-cü ilin oktyabrında Qəzza zolağında başlayan müharibədən sonra kəskin şəkildə pisləşib. Ankara İsraili fələstinlilərə qarşı qeyri-mütənasib güc tətbiq etməkdə ittiham edir, ticarət əlaqələrini məhdudlaşdırıb və paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini bəyan edir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər