İspaniyada istilər rekord sayda ölümə səbəb oldu

İspaniyada istilər rekord sayda ölümə səbəb oldu
20.08.2025 04:11 Dünya

Yayın əvvəlindən İspaniyada yüksək hərarətlə bağlı 2 635 vaxtından əvvəl ölüm halı qeydə alınıb.

TodayPress TV-nin xəbər verir ki, bu barədə İspaniya mətbuatı III Karlos İnstitutunun Gündəlik Ölüm Həddinə Nəzarət Sisteminə  istinadən məlumat yayıb.

İnstitutun məlumatına görə, ölüm hallarının demək olar yarısı – 1 149 hadisə avqustun 3-dən 18-dək olan istilər zamanı baş verib.

Kanar adalarında yayda 51 ölüm halı qeydə alınıb, onlardan 15-i avqustda, 36-sı iyulda olub.

Sistem məlumatlarına əsasən, ölənlərin 1 579-u qadın, 1 056-sı isə kişi olub.


XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər