İranlı futbolçular vətənlərinə qayıtdılar
Dünya
18.03.2026 19:14
İranın qadınlardan ibarət milli futbol komandası — o cümlədən Avstraliyada sığınacaq almış, lakin sonradan geri dönmək qərarına gələn beş oyunçu — vətənə qayıdıb.
TodayPress TV xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Qeyd edilib ki, onlar Türkiyənin İğdır şəhərinə uçaraq oradan İran sərhədinə yollanıblar. Media qurumları sərhədi keçməzdən əvvəl onların fotoşəkillərini dərc edib.
Xatırladaq ki, martın 2-də İranın qadınlardan ibarət milli komandası Asiya Kubokunda Cənubi Koreyaya qarşı oyundan əvvəl dövlət himnini oxumaqdan imtina etmişdi. Bundan sonra İran televiziyası onları “müharibə dövrünün xainləri” adlandırmışdı. Daha sonra isə İran hakimiyyəti futbolçuların “dinc şəkildə” qarşılanacağını bəyan edib.
Yeddi qadın futbolçu Avstraliya hakimiyyətinə sığınacaq üçün müraciət etmiş və bu müraciət qəbul olunmuşdu. Lakin sonradan onlardan beşi İrana qayıtmaq qərarı verib, nəticədə milli komandanın yalnız iki üzvü Avstraliyada qalıb. İranlı insan hüquqları fəalları hesab edir ki, ölkə hakimiyyəti futbolçulara ailələri vasitəsilə təzyiq göstərib.
Jalə Rövşən
tag: iran ,Futbol ,Avstraliya ,Sığınacaq ,Todaypress.tv,
