İranda gəmilər partladı: Səbəblər nədir?
Dünya
05.05.2026 09:38
Son günlərdə İrana yaxın sularda, xüsusilə Hörmüz boğazında və ölkənin limanlarına bağlı ərazilərdə bir neçə gəmidə yanğın və partlayış hadisələri qeydə alınıb.
TodayPress TV xəbər verir ki, rəsmi mənbələr və beynəlxalq agentliklər hadisələrin səbəblərini tam dəqiqləşdirə bilməyiblər.
Lakin gərgin geosiyasi vəziyyət fonunda hücum, texniki nasazlıq və ya digər amillər ehtimal olunur.
Məlumata görə, Cənubi Koreya operatorlu (HMM şirkəti) Panama bayraqlı yük gəmisində (HMM Namu) mühərrik bölməsində partlayış və yanğın baş verib. Gəmidə 24 ekipaj üzvü (o cümlədən 6 koreyalı) olub, itki yoxdur. Yanğın söndürülüb, gəmi Dubaya çəkilir. ABŞ Prezidenti Donald Tramp bunu İranın hücumu kimi qiymətləndirib. Cənubi Koreya Xarici İşlər Nazirliyi hadisəni araşdırır, mümkün səbəblər arasında hücum, mina və ya xarici obyekt vurulması ehtimalı var.
Hörmüz boğazında və ətraf sularda digər ticarət gəmiləri də oxşar hadisələrə məruz qalıb. Bəzi gəmilərə atəş açılıb, bəziləri ələ keçirilib. Bu, ABŞ-nin İran limanlarını blokada etməsi və “Project Freedom” əməliyyatı fonunda baş verən gərginliklə bağlıdır. İran tərəfi isə cavab tədbirləri kimi izah edir.
Türkan İsgəndərli
tag: İran,Hörmüz,Gəmi,Liman,Todaypress.tv,
