İran XİN: Müharibənin dayandırılması üçün plan Pakistana təqdim edildi

Dünya

02.05.2026 20:52

İran İslam Respublikası ona qarşı zorla başladılmış müharibəyə birdəfəlik son qoymaq məqsədilə öz planını vasitəçi qismində Pakistana təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Tehrandakı xarici ölkə səfirləri ilə görüşündə bildirib.

"İndi top Amerika tərəfindədir: ya diplomatiya yolunu seçməli, ya da qarşıdurma kursunu davam etdirməlidir", - deyə Qaribabadi bildirib.

Onun sözlərinə görə, Tehran hər iki ssenariyə, o cümlədən mümkün hücumların dəf edilməsinə hazırdır, lakin milli maraqlardan çıxış edərək danışıqlara sadiqliyini qoruyub saxlayır.

Qeyd edək ki, Qaribabadi səfirlərlə görüşdən əvvəl Rusiya və Çin səfirləri ilə üçtərəfli danışıqlar aparıb.

Aysel Mətləb

TodayPress TV

tag: İran,XİN,ABŞ,Pakistan,TodayPress TV,