İran savaşı Amerikanı "ƏLƏ VERDİ" - Rəqibləri onun sirrini çözdülər...
Dünya
03.05.2026 12:18
Tramp administrasiyasının Yaxın Şərqə təcili silah sövdələşmələri çərçivəsində 8 milyard dollardan çox vəsait ayırması ABŞ ilə Avropa arasında silah təchizatı ilə bağlı mübahisəni kəskinləşdirib.
TodayPress TV xəbər verir ki, "DW News" məlumatına görə, İsrail, Qətər, BƏƏ və Küveyt kimi ABŞ-nin Yaxın Şərqdəki müttəfiqləri hava hücumundan müdafiə sistemləri, lazerlə idarə olunan raketlər və digər hərbi texnikalar əldə ediblər.
Bu tədarüklərin bir hissəsi “təcili yardım” statusu ilə həyata keçirildiyindən Konqresin adi nəzarət prosedurlarından kənarda qalıb.
Eyni zamanda, NATO daxilində Avropa tərəfdaşlarına əvvəlcədən sifariş edilmiş silahların təxirə salınacağı bildirilib. Bu qərarın ABŞ-nin hərbi ehtiyatlarının əsasən Yaxın Şərqdə artan tələbat səbəbindən yönləndirilməsi ilə bağlı olduğu iddia olunur.
Məlumatlara görə, Avropa ölkələri müdafiə ehtiyaclarını qarşılamaq üçün daha çox ABŞ istehsalı silah sistemlərinə yönəlsələr də, hazırda tədarük gecikmələri ilə üzləşirlər. Bu vəziyyət transatlantik müdafiə əməkdaşlığına dair sualları da gündəmə gətirib və Avropanın öz hərbi sənayesini gücləndirməsi ilə bağlı çağırışları artırıb.
Jalə Rövşən
tag: İran ,ABŞ,Donald Tramp ,Yaxın Şərq,Todaypress.tv,
