İran limanlarına hücum: 16 gəmi məhv edildi
ABŞ və İsrailin İranın cənubundakı limanlara hücumları nəticəsində ən azı 16 gəmi məhv edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, hava zərbələri Bandar Lenge və Bandar Konq limanlarını əhatə edib. Nəticədə yerli sakinlərə məxsus ən azı 16 yük gəmisi tamamilə sıradan çıxıb.
Agentlik bildirir ki, məhv edilən qayıqlar əsasən ticarət məqsədilə istifadə olunurdu və bölgə əhalisinin gündəlik həyatında mühüm rol oynayırdı. Hücumun dəqiq nə vaxt baş verdiyi isə açıqlanmayıb.
Türkan İsgəndərli