İran İsrailin silah zavodlarına zərbələr endirdi
İran qüvvələri İsrailin silah istehsalçısı Rafael və təyyarə istehsalçısı "Israel Aerospace Industries" şirkətlərinə məxsus obyektlərə zərbələr endirib.
TodayPress TV "CNN"ə istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat verib.
Nəşr qeyd edib ki, İran İslam Respublikası ordusu Amerika-İsrail hücumlarına cavab olaraq bir neçə saat əvvəl İsrailin mühüm və strateji Rafael silah istehsal mərkəzlərinə və "Israel Aerospace Industries" şirkətinə qarşı pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.
Jalə Rövşən