İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp
ABŞ İranda hərbi əməliyyatların başa çatdırılmasına yönəlmiş qarşılıqlı anlaşma memorandumunun hazırlanmasını tamamladığı üçün indi diqqətini Ukraynadakı nizamlanmaya yönəltmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə amerikalı lider Donald Tramp Evian şəhərində keçirilən G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla ikitərəfli görüşünün yekununda jurnalistlərlə söhbətində bəyan edib.
"İndi bu iş bitdiyi üçün diqqətimizi buna (Ukraynaya - red.) yönəldəcəyik. Baxaq görək buna nail ola biləcəyikmi", – deyə prezident qeyd edib.
Bununla bərabər, o, Ukraynadakı nizamlanmanı G7-dəki avropalı tərəfdaşları ilə müzakirə etmək planlarını təsdiqləyib.
Aysel Mətləb