İran: Hücumlar nəticəsində yüzlərlə qadın və uşaq həlak olub

İran: Hücumlar nəticəsində yüzlərlə qadın və uşaq həlak olub
30.03.2026 17:04 Dünya

İranda ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində yüzlərlə qadın və uşağın həlak olduğu açıqlanıb.

TodayPres TV xəbər verir ki, bu barədə İran hökumətinin nümayəndəsi Fateme Mohajerani brifinqdə məlumat verib.

Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 246 qadın və 233 uşaq həyatını itirib. Ölən uşaqlar arasında 216 nəfər 18 yaşdan kiçik, 17-si isə 5 yaşdan aşağı olub.

Bundan əvvəl İranın Minab şəhərində qızlar üçün ibtidai məktəbə zərbə endirildiyi bildirilmişdi. Hadisə nəticəsində 168 şagird və 14 əməkdaşın həlak olduğu qeyd olunur.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər