İran Fars körfəzində xarici tankeri saxladı
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Fars körfəzində xarici bir tankeri saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.
Məlumata görə, tanker Qeşm adası yaxınlığında tutulub və təxminən 4 milyon litr qaçaqmal yanacaq daşıyıb.
Gəmi dekabrın 24-də İİKK-nın Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilib. Tankerin 16 heyət üzvü saxlanılıb, onların hamısı xarici vətəndaşdır.
Qaçaqmal yanacaq İran qanunlarına uyğun olaraq müsadirə ediləcək. Hadisə ilə bağlı iş məhkəmə orqanlarına göndərilib və qaçaqmalçılıq şəbəkəsinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Türkan İsgəndərli