İran casusları Türkiyədə saxlanıldı

İran casusları Türkiyədə saxlanıldı
28.01.2026 13:57 Dünya

Türkiyə Milli Kəşfiyyat Təşkilatı İstanbulda xüsusi əməliyyat keçirib və bu əməliyyat zamanı İrana casusluq etməkdə ittiham olunan altı nəfər saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə müstəntiqlər məlumat verib.

Bildirilib ki, təqsirləndirilən şəxslər siyasi və ya hərbi məqsədlər üçün dövlət sirri olan məlumatları əldə etməkdə şübhəli bilinirlər. 

Saxlanılanlar arasında hərbi-sənaye şirkətinin sahibləri Erhan Ergelen və Taner Özcan, eləcə də İran vətəndaşı var.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər