İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqladı

İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqladı
05.04.2026 08:44 Dünya

İran Silahlı Qüvvələri BƏƏ ərazisində sənaye obyektlərinə hücum etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə İranın Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, raket və pilotsuz uçuş aparatları ilə BƏƏ-nin alüminium sənayesi obyektlərinə zərbələr endirilib.

Qeyd olunur ki, bu sahədə ABŞ və İsrailin investisiyaları var və həmin müəssisələr hərbi texnika istehsalı üçün istifadə olunur.

İran tərəfi vurğulayıb ki, bu müəssisələrin məhsulları qırıcı təyyarələr, o cümlədən F-35, eləcə də raketlər və zirehli texnika istehsalında tətbiq edilir.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər