İran ABŞ-nin regiondakı bazalarına hücum etdi

İran ABŞ-nin regiondakı bazalarına hücum etdi
26.03.2026 12:42 Dünya

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Sadiq 4" əməliyyatının 82-ci dalğası çərçivəsində ABŞ-nin regiondakı bazalarına hücum edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumata görə, zərbələr ABŞ-nin Arifcan (Küveyt) və Əl-Xarcdakı (Səudiyyə Ərəbistanı) bazalarının əvvəlcədən müəyyən edilmiş hədəflərinə, eləcə də regiondakı bir sıra digər obyektlərə yönəldilib.

Həmçinin iddia edilib ki, əməliyyat zamanı Şeyx-İsadakı (Bəhreynin cənubu, Fars körfəzi sahili) "Patriot" radarı, P8 kəşfiyyat təyyarələri üçün anqar, ABŞ-nin dəstək yanacaq anbarları, MQ-9 pilotsuz uçuş aparatları üçün anqar və "Əli əl-Salem" aviabazasındakı (Küveyt) peyk rabitəsi antenası vurulub.

SEPAH-dan bildirilib ki, hücumun təfərrüatlarını sonra açıqlanacaq.

Jalə Rövşən

TodayPress TV


XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər