İran ABŞ-nin mümkün zərbələrinə cavab verdi

Dünya

31.01.2026 16:45

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ Prezidenti Donald Trampın Vaşinqtonun İrana qarşı əlavə zərbələr endirməyə hazır olması ilə bağlı açıqlamasına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Əraqçi ABŞ-nin təhdidlərinə cavab olaraq deyib ki, İranın özünü müdafiə etmək üçün kifayət qədər imkanları var və heç kimin köməyinə ehtiyac duymur. Onun sözlərinə görə, Tehran Trampın bəyanatları fonunda istənilən inkişaf ssenarisinə hazırdır.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidentinin Pentaqon və Ağ Ev tərəfindən hazırlanmış, İrana mümkün hücum variantlarını əks etdirən sənəd aldığı barədə məlumat yayılıb. Həmin planlarda İranın dövlət qurumlarına və İslam İnqilabı Keşikçiləri Korpusunun obyektlərinə zərbələrin endirilməsi nəzərdə tutulur.

Türkan İsgəndərli

TodayPress TV

tag: ABŞ,İran,Əraqçi,Tramp,Todaypress.tv,