İran ABŞ-ni atəşkəsi pozmaqda ittiham etdi - Memorandum tapdalandı
İran Xarici İşlər Nazirliyi ABŞ-nin ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini iyunun 18-də imzalanmış atəşkəs memorandumunun pozulması kimi qiymətləndirib.
TodayPress TV xəbər verir ki, nazirliyin açıqlamasında bu hücumların regionda gərginliyi artırdığı və sülh səylərinə zərbə vurduğu bildirilib.
Tehran ABŞ-nin addımlarını “təcavüzkar” adlandıraraq, beynəlxalq hüquqa zidd olduğunu qeyd edib.
İran tərəfi zərbələrin əldə olunmuş razılaşmanı pozduğunu və buna cavab veriləcəyini açıqlayıb.
Türkan İsgəndərli