İndoneziyada uşaqların sosial mediadan istifadəsi qadağan edildi
İndoneziya hökuməti martın 28-dən 16 yaşdan aşağı uşaqların sosial media platformalarına girişini qadağan edib.
TodayPress TV xəbər verir ki, bu barədə İndoneziya KİV məlumat yayıb.
Bu qərarla İndoneziya Cənub-Şərqi Asiyada uşaqların “YouTube”, “TikTok”, “Facebook”, “Instagram”, “Threads”, “X”, “Bigo Live” və “Roblox”da hesab açmalarını qadağan edən ilk ölkə olub.
Hökumətdən bildirilib ki, qadağa uşaqları kiberhücumdan, onlayn fırıldaqçılıqdan və asılılıqdan qorumaq məqsədi daşıyır. Həmçinin qaydalara əməl etməyən operatorların cərimələr və girişin bloklanması da daxil olmaqla, inzibati tədbirlərə məruz qalacağı vurğulanıb.