Hörmüz boğazı bağlanır? Təcili xəbərdarlıq yayıldı

Dünya

04.05.2026 09:58

Yaxın Şərqdə davam edən münaqişə fonunda Hörmüz boğazında dəniz təhlükəsizliyi səviyyəsi kritik olaraq qalır.

TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın UKMTO qurumu JMIC məlumatlarına istinadən açıqlama yayıb.

Məlumata görə, gəmiçilərə Oman hakimiyyət orqanları ilə radioəlaqə vasitəsilə koordinasiya aparmaq və mümkün olduqda marşrutlarını Oman ərazi sularından keçirmələri tövsiyə olunub.

Qeyd edilir ki, ABŞ bu bölgədə təhlükəsiz zona yaradıb və gəmilərin həmin ərazilərdən keçməsi daha məqsədəuyğun hesab olunur.

Bildirilir ki, mayın 3-də Donald Tramp “Azadlıq Layihəsi” adlı əməliyyatın başlandığını elan edib. Bu əməliyyatın məqsədi müharibə fonunda bloklanan boğazdan gəmilərin təhlükəsiz çıxarılmasını təmin etməkdir.

Vaşinqton bu təşəbbüsün humanitar xarakter daşıdığını bildirsə də, zərurət yaranacağı halda güc tətbiqini istisna etmədiyini vurğulayıb.

Eyni zamanda İran tərəfi xəbərdarlıq edib ki, ABŞ-nin boğazdakı gəmiçiliyə hər hansı müdaxiləsi atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək.

Qiymət Mahir

tag: Yaxın Şərq,Böyük Britaniya,UKMTO ,JMIC ,TodayPress TV,