Hizbullah kəşfiyyatının rəhbəri vəzifəsindən istefa etdi
“Hizbullah”ın kəşfiyyat idarəsinin rəhbəri Vafik Safa vəzifəsindən istefa verib.
TodayPress TV xəbər verir ki, bu barədə “Janoubia” portalı məlumat yayıb.
Məlumata görə, təşkilat rəhbərliyi Safanın 6 fevral tarixli istefa ərizəsini qəbul edib. İstefasının səbəbi isə yanvar ayında aparılmış h hərəkatın yenidən qurulmasıdır. Bu islahatlar onun rəhbərlik etdiyi xüsusi bölmənin səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb, lakin onu vəzifəsindən azad etməyib.
Vəzifəsi müvəqqəti olaraq Hüseyn Barade, tanınmış adıyla Hac Səcid tərəfindən icra ediləcək.
Aysel Mətləb