Hindistanda avtobus qəzası- Altı nəfər ölüb

Hindistanda avtobus qəzası-  Altı nəfər ölüb
07.02.2026 20:00 Dünya

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında baş vermiş yol qəzası nəticəsində azı altı nəfər ölüb, iki nəfər xəsarət alıb.

TodayPress TV  xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, qəza Nyu-Dehli ilə Uttar-Pradeşi birləşdirən avtomagistralda baş verib. Paytaxtdan hərəkət edən avtobus yol kənarında dayandığı anda ona sürətlə hərəkət edən minik avtomobili çırpılıb. Qəza zamanı altı nəfər hadisə yerində həlak olub.

Ştat polisi bildirib ki, xəsarət alan daha iki nəfər xəstəxanaya yerləşdirilib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər