Hindistan yükü daşıyan tanker Hörmüz boğazını keçdi
Marşall adalarının bayrağı altında üzən və göyərtəsində Hindistana məxsus yük daşıyan "MT Sarv Shakti" qazdaşıyan tankeri Hörmüz boğazını keçib və ayın ortalarına qədər Hindistana çatacağı gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə Hindistanın “ANI” agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinin verdiyi məlumata görə, 46 min 313 ton mayeləşdirilmiş karbohidrogen qazı daşıyan və heyəti 18-i Hindistan vətəndaşı olmaqla cəmi 20 nəfərdən ibarət olan "MT Sarv Shakti" gəmisi mayın 2-də Hörmüz boğazını keçib.
Gəminin mayın 13-də Vişakhapatnam limanına çatacağı proqnozlaşdırılır.
Aysel Mətləb