Hindistan və Pakistan arasında atəşkəs müddətsiz uzadıldı

Hindistan və Pakistan arasında atəşkəs müddətsiz uzadıldı
18.05.2025 23:45 Dünya

Hindistan Quru Qoşunları Hindistan və Pakistan arasında qüvvədə olan atəşkəs rejiminin bitmə tarixi olmadığını açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

“Əgər tərəflər düşmənçilik aktlarından çəkinməyə davam edərlərsə, atəşkəsin müddəti məhdudlaşdırılmayacaq” deyə bəyanatda bildirilir.

Qeyd edək ki, Hindistan və Pakistan mayın 14-də atəşkəsi rəsmi olaraq mayın 18-dək uzatmışdı. Yeni açıqlama atəşkəsin açıq şəkildə müddətsiz xarakter aldığını göstərir.

Qiymət Mahir

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər