HƏMAS ABŞ və İsrailin İrana hücumunu pislədi
HƏMAS ABŞ və İsrailin İrana qarşı əməliyyatını pisləyərək, respublikanın “beynəlxalq hüquqa uyğun cavab vermək” hüququnu təsdiqləyib.
TodayPress TV xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
Eyni zamanda, hərəkat Tehranı digər Yaxın Şərq ölkələrinə zərbə endirməməyə çağırıb.
HƏMAS bütün dövlətləri və beynəlxalq təşkilatları İslam Respublikası ətrafındakı münaqişəyə son qoymaq üçün səy göstərməyə çağırıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyatlara başlayıb.
Türkan İsgəndərli