"Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp
ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yeni söhbətini çox yaxşı adlandırıb və Moskvaya Ukraynada sülhə açıq olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bununla bərabər, ABŞ Prezidenti Ukrayna lideri Volodimir Zelenskinin də Ukraynadakı nizamlanma üçün açıq olduğunu ehtimal edib.
"Dünən bizim Zelenski və Putinlə çox yaxşı söhbətimiz oldu. Və mən görürəm ki, biz, ola bilsin, Ukraynada sülhü təmin etmək üçün nəsə edə bilərik. Mən belə bir imkanı həqiqətən görürəm. Düşünürəm ki, onların hər ikisi buna açıqdır", - deyə Ağ Ev rəhbəri jurnalistlərə bildirib.
Aysel Mətləb