Hakan Fidan: "Rusiya və Çin Yaxın Şərqlə bağlı Türkiyəyə müraciət edir"
Dünya
28.03.2026 08:30
Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaxın Şərqdə davam edən müharibə barədə “A Haber” telekanalında danışıb.
TodayPress TV xəbər verir ki, o, mövcud vəziyyətin hər bir ölkənin iqtisadiyyatının və daxili siyasətinin üzərinə əhəmiyyətli dərəcədə xərclər və yüklər qoyduğunu bildirib:
“Avropadan kənar NATO ölkələrindən xarici işlər nazirləri zəng edir. Rusiya, Çin və digər Asiya ölkələrindən olan dostlarımız da... Onların iki sualı var: nə baş verir və qiymətləndirməmiz nədir? Onlar, həmçinin bunu necə dayandırmaq lazım olduğunu və hər hansı bir ümidin qalıb-qalmadığını bilmək istəyirlər”, - deyə H. Fidan izah edib.
O əlavə edib ki, bu ölkələr Türkiyəni vəziyyəti anlamaq və izah etmək baxımından ən obyektiv iştirakçılardan biri kimi görürlər.
Aysel Mətləb
tag: Hakan Fidan,Rusiya,Çin,Yaxın Şərq,TodayPress TV,
