Hakan Fidan Ararat Mirzoyanla görüşdü
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vyanada türkiyəli həmkarı Hakan Fidanla ayaqüstü görüş keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Ermənistan və Türkiyə XİN rəhbərlərinin təması ATƏT-in Vyanada keçirilən 32-ci Nazirlər Şurasının açılış mərasimi zamanı baş tutub.
Jalə Rövşən