Gürcüstanın sabiq baş prokuroru qiyabi həbs olundu

Gürcüstanın sabiq baş prokuroru qiyabi həbs olundu
30.12.2025 15:45 Dünya

Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze barəsində qiyabi həbs qətimkan tədbiri seçildi

TodayPress TV xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Rusiya vətəndaşı olan Partsxaladze iş adamı Levan Canqveladzenin qətlinin təşkilində ittiham olunur. O, hazırda Rusiyadadır.

Vəkili müdafiə etdiyi şəxsin ittihamı qəbul etmədiyini bildirib.

Qeyd edək ki, Levan Canqveladze bu ilin martın 14-də Tbilisidə qətlə yetirilib. Qətli törətməkdə ittiham olunan Gela Udzilauri bu ilin oktyabrında ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Otar Partsxaladze Gürcüstanın baş prokuroru vəzifəsini 2013-cü ildə qısa müddət ərzində . tutub

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər