Gürcüstanda bəzi yollarda hərəkət məhdudlaşdırıldı
Gürcüstanda güclü qar yağması və aşağı temperatur səbəbindən Ermənistan və Türkiyə sərhədlərinə aparan bəzi avtomobil yollarında məhdudiyyətlər tətbiq olunub.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Axaltsixe-Ninotsminda yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb, digər avtomobillərin hərəkətinə icazə verilir. Eyni zamanda, Axalkalaki-Kartsaxi yolunda da qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Türkan İsgəndərli