Günəşdə partlayış baş verdi
İyulun 9-da Günəşdə M sinifli yeni alov baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Alov Bakı vaxtı ilə saat 08:25-də başlayıb və 28 dəqiqə davam edib. Hadisə M1.3 gücündə (N20E78 koordinatlarında) qeydə alınıb.
Bu, iyul ayı ərzində müşahidə olunan ikinci M sinifli alovdur. Birinci belə alov iyulun 8-də baş verib.
Bildirilib ki, hər iki alovun Yerə heç bir təsiri olmayacaq.
Qeyd edək ki, Günəş alovları gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Hər bir sinif bir əvvəlkindən 10 dəfə güclüdür. M sinifli alovlar orta güclü hesab olunur.
Türkan İsgəndərli