Güclü qar Moskva yollarını iflic etdi

Güclü qar Moskva yollarını iflic etdi
29.01.2026 08:34 Dünya

Güclü qar yağışı Moskva istiqamətində avtomobil hərəkətini ciddi şəkildə çətinləşdirib.

TodayPress TV xəbər verir ki, şəhərə giriş yollarında uzun tıxaclar yaranıb, yük avtomobilləri hərəkəti demək olar ki, tamamilə bloklayıb.

Ən ağır vəziyyət Qorki şossesi və Entuziastı şossesində müşahidə olunur. Yük maşınları sürüşkən yol səbəbindən yoxuşları qalxa bilmir. Sürücülərin bildirdiyinə görə, tıxaclar kilometrlərlə uzanır, bəzi avtomobillər 5–6 saat ərzində demək olar ki, yerindən tərpənmir. Region üzrə yolların ümumi yüklənmə səviyyəsi 9 bala çatıb.

Yollarda çoxsaylı yol-nəqliyyat hadisələri və yolda qalmış iri yük avtomobilləri var.

Kommunal xidmətlər təmizlik işləri aparsa da, hava şəraiti ilə ayaqlaşmaqda çətinlik çəkirlər.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər