Gideon Saar: "İsrail Livanla danışıqlar aparmaq niyyətində deyil"

Gideon Saar: "İsrail Livanla danışıqlar aparmaq niyyətində deyil"
15.03.2026 17:05 Dünya

İsrail yaxın vaxtlarda Livanla birbaşa danışıqlara başlamağı planlaşdırmır.

TodayPress TV  xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar keçirdiyi brifinq zamanı bəyanat verib.

Nazir bildirib ki, rəsmi Təl-Əviv hazırkı mərhələdə Livan tərəfi ilə masa arxasına oturmaq niyyətində deyil:

"Biz yaxın günlərdə Livan hökuməti ilə birbaşa danışıqlar aparmağı nəzərdə tutmuruq".

G.Saarın sözlərinə görə, İsrail tərəfi Livan rəhbərliyindən konkret və kəsərli addımlar gözləyir. O vurğulayıb ki, Beyrut "Hizbullah" qruplaşması tərəfindən İsrail ərazisinin atəşə tutulmasını dayandırmaq üçün ciddi tədbirlər görməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər