Fransa neft məhsullarının istehsalını artırmağı planlaşdırır
Fransa hökuməti Yaxın Şərqdəki münaqişə səbəbindən müvəqqəti olaraq daxili neft hasilatını artırmağı nəzərdən keçirir və artıq sənaye müəssisələrinə müraciət edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Agence France-Presse" məlumat yayıb.
Agentliyin istinad etdiyi məktubda hökumət sənayeçilərdən "istehsal həcmlərində sürətli müvəqqəti artım" ehtimalını mümkün qədər tez qiymətləndirmələrini xahiş edib.
Bildirilib ki, belə bir addım, xüsusən də Yaxın Şərqdəki münaqişə uzanarsa, Avropa neft məhsulları bazarlarındakı gərginliyi azaldacaq.
Aysel Mətləb