Finlandiya "F-35" təyyarələrinin hissələrini İsralə ixrac edəcək?

Dünya

04.11.2025 11:33

Finlandiya yaxın vaxtlarda "F-35" qırıcı təyyarələrinin ehtiyat hissələrinin istehsalına başlayacaq, lakin bu hissələrin İsrailə ixracına icazə verilib-verilməyəcəyi hələlik müəyyənləşməyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Yle" agentliyi məlumat yayıb.

Məlumata görə, bu məsələ Qəzzadakı gərgin vəziyyət fonunda müzakirə olunur. İsrail və HƏMAS atəşkəsin sərhədlərini pozmaqda davam edir. Nəticədə, bölgədə demək olar ki, hər gün insan tələfatı baş verir.

Qeyd edək ki, Qəzzadəki hərbi əməliyyatlar artıq Avropada da nəticələrini göstərir. Niderland hökuməti İsrailə "F-35" təyyarələri üçün hissələrin ixracını dayandırıb. Ölkənin xarici işlər naziri David van Veel oktyabrın 4-də bu barədə qərar qəbul edib.

“Mövcud şəraitdə İsrailə hissələrin ixracını bərpa etmək üçün heç bir əsas yoxdur", - deyə rəsmi açıqlamada bildirilib.

Aysel Mətləb

TodayPress TV

tag: Finlandiya ,F-35,İsral,İxrac,Todaypress.tv,