Fars körfəzi ilə bağlı yeni qaydaları Xamenei müəyyən edəcək

Dünya

02.05.2026 00:29

Fars körfəzinin idarə olunmasına dair yeni qaydalar İranın ali rəhbəri Müctəba Xamenei tərəfindən müəyyən ediləcək.

TodayPress TV xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanlığına istinadən məlumat yayıb.

"Fars körfəzinin idarə edilməsi üçün yeni qaydalar və şərtlər ali rəhbərin rəhbərliyi altında müəyyən ediləcək və icra olunacaq", - deyə bəyanatda bildirilib.

Komandanlıq vurğulayıb ki, SEPAH-ın Hərbi Dəniz Qüvvələri Fars körfəzi və Hörmüz boğazının təxminən 2 min kilometrlik İran sahil xəttinə nəzarət edəcək. İddia olunur ki, bu su sahəsi İran üçün dolanışıq mənbəyinə, həmçinin regionun təhlükəsizlik və rifah mənbəyinə çevriləcək.

Aysel Mətləb

TodayPress TV

tag: Hörmüz,Körfəz,SEPAH,Xamenei,TodayPress TV,