Əs-Sisi: "Misir Ukraynada sülhə dəstək verməyə hazırdır"
Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib ki, Qahirə Ukraynadakı münaqişənin diplomatik yolla həllinə kömək etməyə hazırdır.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat yayıb.
Əs-Sisi qeyd edib ki, Misir münaqişənin sülh yolu ilə həllini dəstəkləyir və bu istiqamətdə səylərin artırılmasını vacib sayır. O, eyni zamanda Rusiya ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Jalə Rövşən