Ermənistanın müxalif partiyası seçki marafonundan çəkilir
Ermənistanın müxalif “Alyans” partiyası parlament seçkilərində iştirakdan imtina edib.
TodayPress TV xəbər verir ki, partiya özünün seçki siyahısını geri götürmək barədə rəsmi müraciət göndərib.
Partiyanın lideri, keçmiş deputat Tigran Urihanyan bu qərarı elan edib. Hazırda geri çəkilmənin səbəbləri rəsmi olaraq açıqlanmayıb. Bəzi mənbələrə görə, partiya daxilindəki müzakirələr və seçki prosesinin gedişatı ilə bağlı narazılıqlar bu qərara təsir edib.
“Alyans” partiyası son vaxtlar Ermənistanın müxalif düşərgəsində fəal rol oynayırdı və Nikol Paşinyan hökumətinə qarşı sərt mövqe tuturdu.
Türkan İsgəndərli