Ermənistanda hərbi xidmət müddəti azaldıldı
Dünya
16.12.2025 18:30
Ermənistan parlamenti məcburi hərbi xidmət müddətini iki ildən bir il yarıma (18 ay) endirmək üçün qanun layihəsini ikinci və son oxunuşda qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Səsvermədə 65 deputat dəstək verib, dörd nəfər əleyhinə səs verib, 20 nəfər isə bitərəf qalıb.
Dəyişikliklər 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Qanun məcburi xidmət müddətinin azaldılmasını müqaviləli hərbi qulluqçuların sayının artırılması yolu ilə təmin edir.
Qanunun tətbiqi nəticəsində 2027-ci ilin ikinci yarısından etibarən məcburi xidmətin təşkili xərclərinin azalması gözlənilir, çünki 2026-cı ilin yanvarında başlayan xidmət müddəti 2027-ci ilin iyul ayında başa çatacaq.
Ermənistanda hər bir vətəndaş orduda müəyyən formada xidmət etmək öhdəliyi daşıyır. Silahlı Qüvvələrə çağırış 18-27 yaş arasında həyata keçirilir, ehtiyat qüvvələr isə 35 yaşa qədərdir.
Türkan İsgəndərli
tag: Ermənistan,Hərbi xidmət,Parlament,Sənəd,Todaypress.tv,
