Ermənistanda bütün vətəndaşlar pulsuz tibbi xidmət alacaq
Ermənistanda icbari tibbi sığorta sistemi 2028-ci ilədək bütün vətəndaşları əhatə edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə səhiyyə naziri Anahit Avanesyan parlamentdə çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, 2026-cı il yanvarın 1-dən tətbiq edilən sistemdən hazırda 1,7 milyon nəfər yararlanır. Nazir bildirib ki, 2027-ci ildə aylıq gəliri 200 min drama qədər olan şəxslər, mülki müqavilə ilə çalışanlar və taksi sürücüləri də proqrama daxil ediləcək.
Avanesyan qeyd edib ki, sistem əhalinin əsas sağlamlıq ehtiyaclarını qarşılamağa yönəlmiş xidmət paketini əhatə edəcək.
Xanım Musayeva
Ermənistan
pulsuz tibbi xidmət
icbari tibbi sığorta sistemi
Anahit Avanesyan
Xanım Musayeva
Todaypress.tv