Ermənistanda aləm qarışdı: Köçəryan ölkədən qaçdı
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan üç günlük müddətə ölkəni tərk edib.
TodayPress TV xəbər verir ki, bu barədə sabiq prezidentin ofisi məlumat yayıb. Bildirilib ki, səfər şəxsi xarakter daşıyır və uzun müddət əvvəl planlaşdırılıb. Qeyd olunub ki, səfər seçki kampaniyasının gərgin qrafiki səbəbindən daha əvvəl təxirə salınmışdı.
Köçəryanın ofisinin açıqlamasında vurğulanıb ki, onun əvvəlki şəxsi səfərləri barədə də öncədən ictimaiyyətə məlumat verilməyib. Bununla belə, son dövrlər hakimiyyət nümayəndələrinin müxalifət təmsilçilərinin xarici səfərləri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaydığı iddia edilərək, ictimaiyyətin mümkün dezinformasiyadan qorunması məqsədilə bu dəfə səfər barədə əvvəlcədən məlumat verildiyi qeyd olunub.
Açıqlamada deyilir ki, hakimiyyət tərəfindən yayıla biləcək növbəti yalan məlumatların qarşısını almaq üçün ictimaiyyətin məlumatlandırılması zəruri hesab edilib.