Ermənistan MSK: Seçkilərin nəticəsinə təsir edən qanun pozuntusu olmayıb

Ermənistan MSK: Seçkilərin nəticəsinə təsir edən qanun pozuntusu olmayıb
27.06.2026 16:13 Dünya

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən 7 iyun parlament seçkiləri ilə bağlı yayılan iddialara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, MSK sədr müavini Nune Ovannisyan Konstitusiya Məhkəməsində keçirilən iclasda seçkilərin hazırlanması və keçirilməsi zamanı nəticələrə təsir edə biləcək heç bir ciddi qanun pozuntusunun qeydə alınmadığını deyib.

Onun sözlərinə görə, Seçki Məcəlləsinə əsasən, seçkilərin nəticələrinin ləğvi yalnız genişmiqyaslı pozuntular səsvermənin düzgün hesablanmasına ciddi təsir göstərdiyi halda mümkündür. Ovannisyan əlavə edib ki, ayrı-ayrı məntəqələrdə baş verən pozuntular ümumi nəticələrin ləğvi üçün əsas sayılmır.

Qeyd edək ki, rəsmi nəticələrə əsasən, parlamentə üç siyasi qüvvə daxil olub və hakim Vətəndaş Müqaviləsi Partiyası 49,7 faiz səslə üstünlük əldə edərək çoxluğu qoruyub saxlayıb.

Hazırda seçkilərin nəticələrinin ləğvi tələbi ilə bağlı iş Konstitusiya Məhkəməsində araşdırılır və qərarın iyulun 4-dək verilməsi gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUN 2026
Bütün Xəbərlər